|
• Mənəviyyat • MənəviyyatZəkat ödəməmək,çəkidə aldatlaq - "Kumeyl Duası"nın fəzilət və şərhiBöyük alim,ustad Hüseyn Ənsariyanın Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini ixtisarla oxuculara təqdim edirik.
Allah hökmünün ziddinə qərar
İnsanı əzaba düçar edən günahlardan biri də hakimin Allah hökmünün ziddinə höküm verməsidir. Əgər qazi ilahi hökmü bildiyi halda kimisə razı salmaq üçün bu hökmün ziddinə qərar çıxararsa, kafir, zalım və fasiqdir.(Biharul-ənvar)
Allahın hökmünü rədd etmək küfr, kimisə haqqından məhrum etmək zülm, iman dairəsindən çıxmaq isə günahdır.
İmam Sadiq (ə) buyurur: "Hər kəs iki dirhəmə görə Allah buyruğunun ziddinə çıxsa, kafir olmuşdur.”(Tuhəful-uqul,303)
Zəkat ödəməmək
Dördayaqlı heyvanların, qızıl və gümüşün zəkatını vermək vacibdir. Vacib olmuş zəkatdan boyun qaçırmaq ağır günahdır. Əksər Quran ayələrində namazın ardınca zəkata işarə olunur. Bu ardıcıllıq bir daha zəkatın əhəmiyyətini göstərir. Zəkatı tərk etmək namaz və həccin tərk edilməsi kimidir.
Zəkat hökmünü inkar edən şəxs kafir olur. İmam Sadiq (ə) bir hədisdə buyurur: "Zəkat varlıların imtahana çəkilməsi və möhtacların ehtiyacının ödənməsi üçün vacib oldu. Əgər hamı zəkat ödəsəydi, bir müsəlman belə möhtac qalmazdı. Bir çox insanların səfalət içində yaşamasının səbəbkarı zəkat ödəməyən varlılardır.
Malının zəkatını ödəməyən kəsin ilahi rəhmətdən faydalanması rəva deyildir. Yalnız zəkat ödənmədiyi üçün kimlərinsə var-dövləti tələf olur”.(Elmül-əxlaq,101)
Həzrət Fatimə (s) peyğəmbər məscidində xalqa üz tutub belə
buyurdu: "Allah sizə imanı vacib edib ki, şirkdən pak olasınız. Namazı vacib buyurub ki, təkəbbür xəstəliyindən qurtulasınız. Zəkatı vacib buyurub ki, xəsislikdən təmizlənəsiniz.”("Maidə”, 95.)
Həzrət Riza (ə) öz xidmətçisinə buyurdu: "Bu gün Allah yolunda bir şey vermisənmi?” Xidmətçi bildirdi ki, yox. Həzrət buyurdu: "Bəs Allah bizə nəyə görə inayət etsin?”
Çəkidə aldatma
Ölçüdə və çəkidə əskiklik, müştərini və şəriki malın qədərində aldatma Quran ayələri və Əhli-beyt (ə) hədislərinə görə haram və böyük günahdır.
Qurani-Kərimin "Mutəffifin” surəsi bu mövzuya həsr olunmuşdur. Bu surədə oxuyuruq: "Vay halına çəkidə və ölçüdə aldadanların;
O kəslər ki, özləri xalqdan bir şey aldıqları zaman onu tam ölçüb alar;
xalq üçün bir şey ölçdükdə və çəkdikdə isə onu əskildərlər; məgər onlar diriləcəklərini düşünmürlərmi?! Özü də dəhşətli bir gündə! O gün bütün insanlar aləmlərin Rəbbi olan Allahın hüzurunda duracaqlar! Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların əməl dəftəri siccindədir!”("Mutəffifin" ayə: 1-7)
Allahın Rəsulu (s) buyurur: "Hər kəs peyman və vəzndə xəyanət edərsə qiyamət günü onu cəhənnəmin dibinə gətirər və iki yanar dağ arasında yerləşdirərlər. Ona deyilər ki, bu dağları çək. O da daim bu işə məşğul olar».("Ğürərul-hikəm”, 479.)
Uyğun ayələrin təfsirində İslam Peyğəmbəri (s.ə.v.v) buyurur: "Beş şey beş şeylə yanaşıdır: qövmlər əhd-peymanı pozdular və Allah-Taala düşmənləri onlara qalib etdi, zina kimi çirkin günaha batdılar və ölüm onların sorağına gəldi, Allah - hökmünün ziddinə hökm verdilər və fəqirliyə tuş gəldilər, zəkat ödəmədilər və yağışdan məhrum oldular, ölçüdə və çəkidə aldatdılar və quraqlığa məhkum edildilər".
Duanın ardında buyrulur:«Əllahumməğfirliyəz-zunubəl-ləti tuğəyyirun-niəm»(Pərvərdigara, nemətləri dəyişən günahlarımı bağışla)
Nemət dəyişən günahlar İmam Səccaddan (ə) nəql olunmuş bir hədisə görə bunlardır: xalqa zülm, xeyir iş ruhunu itirmək, xeyir işlərdən kənarlaşmaq, nemətlərə küfr etmək (naşükürlük), şükür etməkdən uzaqlaşmaq.
Bu günahlar insanı nemətlərdən məhrum edib əvəzində bəla, müsibət və əzaba salır.
Ardı var...
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Mart, 2017 14:55 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |