|
• DünyadaSerbiyanın İrandakı səfiri "Ayətullah Mərəşi Nəcəfinin kitabxanası"nı ziyarət edibSerbiyanın İrandakı səfiri Aleksandr Tasiç Qum şəhərində yerləşən "Ayətullah Mərəşi Nəcəfinin kitabxanası"nı ziyarət edib. Qumun İranın bilik mərkəzi olduğunu və mühüm əhəmiyyətə malik olduğunu qeyd edən Aleksandr Tasiç Qumun elmi xəzinələrinin dünyaya tanıtdırılmasının və Qumun elmi irsinin dünya ilə mübadiləsinin artırılmasının gərəkliliyini bildirib. İranın dünyaya təsirinin səbəbini Qumun elmi irsində və dünyaya bəxş etdiyi böyük alimlərdə görən serbiyalı səfir dünyanın həmin dəyərli alimlərə müştaq olduğunu deyib. "Ayətullah Mərəşi Nəcəfinin kitabxanası"nı dünyanın möcüzələrindən biri olduğunu bildirən səfir hələ heç bir kitabxanada hiss etmədiyi hissləri həmin kitabxanada hiss etdiyini deyib. O deyib ki, dünyanın bir çox kitabxanalarında olmuşam. Həmin kitabxanaları yaradanlar və sahibləri həmin kitabxanaları nümayiş etdirmək üçün yaradıblar. Amma Ayətullah Mərəşi Nəcəfinin məqsədi isə elmi irsi qorumaq və kitab oxumağa marağı artırmaq olub. "Ayətullah Mərəşi Nəcəfinin kitabxanası" yalnız İranın milli mədəni sərvəti deyil deyən ALeksandr Tasiç həmin kitabxananın bütün dünyanın mədəni sərvəti olduğunu diqqətə çatdırıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Yanvar, 2012 15:33 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |