2 Yanvar, 2012
Serbiyanın İrandakı səfiri "Ayətullah Mərəşi Nəcəfinin kitabxanası"nı ziyarət edib

Serbiyanın İrandakı səfiri Aleksandr Tasiç Qum şəhərində yerləşən "Ayətullah Mərəşi Nəcəfinin kitabxanası"nı ziyarət edib.

Qumun İranın bilik mərkəzi olduğunu və mühüm əhəmiyyətə malik olduğunu qeyd edən Aleksandr Tasiç Qumun elmi xəzinələrinin dünyaya tanıtdırılmasının və Qumun elmi irsinin dünya ilə mübadiləsinin artırılmasının gərəkliliyini bildirib.

İranın dünyaya təsirinin səbəbini Qumun elmi irsində və dünyaya bəxş etdiyi böyük alimlərdə görən serbiyalı səfir dünyanın həmin dəyərli alimlərə müştaq olduğunu deyib.

"Ayətullah Mərəşi Nəcəfinin kitabxanası"nı dünyanın möcüzələrindən biri olduğunu bildirən səfir hələ heç bir kitabxanada hiss etmədiyi hissləri həmin kitabxanada hiss etdiyini deyib. O deyib ki, dünyanın bir çox kitabxanalarında olmuşam. Həmin kitabxanaları yaradanlar və sahibləri həmin kitabxanaları nümayiş etdirmək üçün yaradıblar. Amma Ayətullah Mərəşi Nəcəfinin məqsədi isə elmi irsi qorumaq və kitab oxumağa marağı artırmaq olub.

"Ayətullah Mərəşi Nəcəfinin kitabxanası" yalnız İranın milli mədəni sərvəti deyil deyən ALeksandr Tasiç həmin kitabxananın bütün dünyanın mədəni sərvəti olduğunu diqqətə çatdırıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-636.html