إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

• Dünyada

Türkiyənin tanınmış din xadimi Həmid Turan haqq dərgahına qovuşdu

Türkiyə şiə məzhəbi ardıcıllarından biri olan tanınmış ruhani, höccətül islam Şeyx Həmid Turan bu gün dünyasını dəyişib.

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən məlumatına görə, Zeynəbiyə hərəkatının banisi Şeyx Həmid Turan Türkiyə şiələrinin sevimli ruhanilərindən idi.

O bir ilə yaxın müddət idi ki, koma vəziyyətindəydi, 525-cü gündə isə haqqın dərgahına qovuşdu.

Nəcəfül-Əşrəf Hövzəsində ali ruhani təhsili alan Şeyx Həmid Turan Halkalıda Zeynəbiyə məscidinin axundlarından idi.

Həmid Turanın bu həftənin bazar günü son mənzilə yola salınacağı bildirilir. Fevralın 12-i torpağa tapşırılacaq islam aliminin dəfn mərasiminə dünyanın bir çox ölkələrindən müsəlmanların qatılacağı gözlənilir.

Ahlibeyt.az adından din aliminin dünyadan köçməsi münasibətilə mərhumun ailəsinə,yaxınlarına  və bütün Türkiyə Əhli-Beyt(ə) davamçılarına dərin hüznlə başsağlığı veririk!

Allah Rəhmət etsin!


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Fevral, 2017  17:21 ⁄ Çap

Bu bölmədə


© 2026 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!