
Türkiyə şiə məzhəbi ardıcıllarından biri olan tanınmış ruhani, höccətül islam Şeyx Həmid Turan bu gün dünyasını dəyişib.
Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən məlumatına görə, Zeynəbiyə hərəkatının banisi Şeyx Həmid Turan Türkiyə şiələrinin sevimli ruhanilərindən idi.
O bir ilə yaxın müddət idi ki, koma vəziyyətindəydi, 525-cü gündə isə haqqın dərgahına qovuşdu.
Nəcəfül-Əşrəf Hövzəsində ali ruhani təhsili alan Şeyx Həmid Turan Halkalıda Zeynəbiyə məscidinin axundlarından idi.
Həmid Turanın bu həftənin bazar günü son mənzilə yola salınacağı bildirilir. Fevralın 12-i torpağa tapşırılacaq islam aliminin dəfn mərasiminə dünyanın bir çox ölkələrindən müsəlmanların qatılacağı gözlənilir.
Ahlibeyt.az adından din aliminin dünyadan köçməsi münasibətilə mərhumun ailəsinə,yaxınlarına və bütün Türkiyə Əhli-Beyt(ə) davamçılarına dərin hüznlə başsağlığı veririk!
Allah Rəhmət etsin!