|
• DünyadaHələbdə terrorçular sakinlərdən humanitar dəhlizlə çıxmaq üçün adambaşına 300 dollar tələb edirlərTerrorçular tərəfindən Suriyanın Hələb şəhərində yayılan vərəqələrdə humanitar dəhlizlərlə şəhərdən çıxmaq üçün adambaşına 150 min Suriya lirəsi (300 dollar) tələb olunur. Tələblər “Ceyş-əl-Fəth ali hərbi şurası” tərəfindən imzalanıb. Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,bu barədə "RiaNovosti” məlumat yayıb. "Rəhbərliyimiz Hələb məhəllələrinin Suriya ordusu tərəfindən bombardmanı və blokadası səbəbilə şəhər sakinlərinin necə əzab çəkdiyini başa düşür. Qardaşlarımızla iclasdan sonra 14 yaşadək və 55 yaşdan yuxarı sakinlərin çıxmalarına icazə verəcəyik, lakin bu şərtlə ki, hər biri getmək imkanına görə cəbhədəki qardaşlarımızın dəstəklənməsi məqsədilə 150 min Suriya lirəsi ödəsin.”, - vərəqədə söylənilir. Qurbanların qarşısını almaq üçün Suriya və Rusiya hərbçiləri səkkiz humanitar dəhliz yaradıblar. Bu dəhlizlər vasitəsilə dinc sakinlər və terrorçular Hələbin şərqində mühasirədə olan rayonlardan çıxa bilərlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Noyabr, 2016 12:26 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |