2 Noyabr, 2016
Hələbdə terrorçular sakinlərdən humanitar dəhlizlə çıxmaq üçün adambaşına 300 dollar tələb edirlər

Terrorçular tərəfindən Suriyanın Hələb şəhərində yayılan vərəqələrdə humanitar dəhlizlərlə şəhərdən çıxmaq üçün adambaşına 150 min Suriya lirəsi (300 dollar) tələb olunur. Tələblər “Ceyş-əl-Fəth ali hərbi şurası” tərəfindən imzalanıb.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,bu barədə "RiaNovosti” məlumat yayıb.

"Rəhbərliyimiz Hələb məhəllələrinin Suriya ordusu tərəfindən bombardmanı və blokadası səbəbilə şəhər sakinlərinin necə əzab çəkdiyini başa düşür. Qardaşlarımızla iclasdan sonra 14 yaşadək və 55 yaşdan yuxarı sakinlərin çıxmalarına icazə verəcəyik, lakin bu şərtlə ki, hər biri getmək imkanına görə cəbhədəki qardaşlarımızın dəstəklənməsi məqsədilə 150 min Suriya lirəsi ödəsin.”, - vərəqədə söylənilir.

Qurbanların qarşısını almaq üçün Suriya və Rusiya hərbçiləri səkkiz humanitar dəhliz yaradıblar. Bu dəhlizlər vasitəsilə dinc sakinlər və terrorçular Hələbin şərqində mühasirədə olan rayonlardan çıxa bilərlər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5868.html