إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

• Dünyada

İŞİD sıralarında 900 kosovalı terrorçu var

Bu haqda Serbiya xarici işlər naziri İvits Daçiç Xüsusi Xidmət Orqanlarının məlumatına əsasən açıqlama verib

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə,  Serbiya xarici işlər naziri İvits Daçiç, Kosovodan olan və İŞİD-ə qoşulanların real sayı rəsmi rəqəmlərdən 3 dəfə çoxdur.

Onun sözlərinə görə Kosovo və Metoxiyada qeyri-stabil təhlükəsizlik vəziyyəti, ekstremizm və radikal baxışların artmasına görə daha da pisləşir.

BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən serbiyalı nazir bildirib ki, 2016-cı ilin məlumatına əsasən,Kosovo və Metoxiyadan olan təxminən 300 alban kişi və 36 alban qadın Suriyada İŞİD-ə qoşulublar.

Daçiç qeyd edib ki, xarici təhlükəsizlik xidmətləri, dəfələrlə Serbiyaya bildirib ki, müxtəlif cəbhələrdə vuruşan və Kosova və Mexotiyadan olan ekstremistləri qeyri-rəsmi sayı 900-ə yaxındır.

BMT-in məlumatına əsasən, Suriya və İraqda İŞİD cərgələrinə 100- dən çox ölkədən 30 minə yaxın terrorçu qoşulub.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 May, 2016  18:21 ⁄ Çap

Bu bölmədə


© 2026 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!