
Bu haqda Serbiya xarici işlər naziri İvits Daçiç Xüsusi Xidmət Orqanlarının məlumatına əsasən açıqlama verib
Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, Serbiya xarici işlər naziri İvits Daçiç, Kosovodan olan və İŞİD-ə qoşulanların real sayı rəsmi rəqəmlərdən 3 dəfə çoxdur.
Onun sözlərinə görə Kosovo və Metoxiyada qeyri-stabil təhlükəsizlik vəziyyəti, ekstremizm və radikal baxışların artmasına görə daha da pisləşir.
BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən serbiyalı nazir bildirib ki, 2016-cı ilin məlumatına əsasən,Kosovo və Metoxiyadan olan təxminən 300 alban kişi və 36 alban qadın Suriyada İŞİD-ə qoşulublar.
Daçiç qeyd edib ki, xarici təhlükəsizlik xidmətləri, dəfələrlə Serbiyaya bildirib ki, müxtəlif cəbhələrdə vuruşan və Kosova və Mexotiyadan olan ekstremistləri qeyri-rəsmi sayı 900-ə yaxındır.
BMT-in məlumatına əsasən, Suriya və İraqda İŞİD cərgələrinə 100- dən çox ölkədən 30 minə yaxın terrorçu qoşulub.