|
• DünyadaSeyyid Həsən Nəsrullah: Terrorçu qrupları ABŞ Sovet İttifaqına qarşı yaratmışdı"Qərb bu gün bir problemlə üz-üzədir. Bu problemin adı müqavimətdir - İran İslam Respublikası, Suriya hakimiyyətidir. Onlar bütün müqavimət hərəkatları ilə, İsraillə və Amerikanın nüfuzu ilə mübarizə aparan, müsəlmanların neftini Qərb şirkətləri üçün deyil, ümmət üçün istəyən hər kəslə düşməndirlər." Ahlibeyt.az-ın SalamNews-a istinadən istinadla verdiyi xəbərə görə, bu sözləri Livanın "Hizbullah" müqavimət hərəkatının lideri Seyid Həsən Nəsrullah şaban ayının gəlişi münasibətilə etdiyi çıxışında deyib. "2009-cu ildə Hilari Klinton açıq etiraf etdi ki, 20 il öncə "əl-Qaidə"ni Sovet İttifaqına qarşı mübarizə aparmaq üçün özləri yaradıblar. Amerikalılar həmin təcrübəni Sovet İttifaqına qarşı tətbiq etdi, indisə İraqa və Suriyaya qarşı tətbiq edirlər. Əgər bacarsalar, İŞİD-i İran torpaqlarına yeritmək istəyirlər və bu məsələdə Səudiyyə Ərəbistanı bütün gücü ilə çalışır. Ey müsəlmanlar, bu gün regionda baş verənlər sünni-şiə davası deyil, əslində Qərb bunu bu cür göstərməyə çalışır", - deyə müqavimət hərəkatının lideri Həsən Nəsrullah bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 May, 2016 10:11 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |