13 May, 2016
Seyyid Həsən Nəsrullah: Terrorçu qrupları ABŞ Sovet İttifaqına qarşı yaratmışdı

"Qərb bu gün bir problemlə üz-üzədir. Bu problemin adı müqavimətdir - İran İslam Respublikası, Suriya hakimiyyətidir. Onlar bütün müqavimət hərəkatları ilə, İsraillə və Amerikanın nüfuzu ilə mübarizə aparan, müsəlmanların neftini Qərb şirkətləri üçün deyil, ümmət üçün istəyən hər kəslə düşməndirlər."

Ahlibeyt.az-ın SalamNews-a istinadən istinadla verdiyi xəbərə görə, bu sözləri Livanın "Hizbullah" müqavimət hərəkatının lideri Seyid Həsən Nəsrullah şaban ayının gəlişi münasibətilə etdiyi çıxışında deyib.

"2009-cu ildə Hilari Klinton açıq etiraf etdi ki, 20 il öncə "əl-Qaidə"ni Sovet İttifaqına qarşı mübarizə aparmaq üçün özləri yaradıblar. Amerikalılar həmin təcrübəni Sovet İttifaqına qarşı tətbiq etdi, indisə İraqa və Suriyaya qarşı tətbiq edirlər. Əgər bacarsalar, İŞİD-i İran torpaqlarına yeritmək istəyirlər və bu məsələdə Səudiyyə Ərəbistanı bütün gücü ilə çalışır. Ey müsəlmanlar, bu gün regionda baş verənlər sünni-şiə davası deyil, əslində Qərb bunu bu cür göstərməyə çalışır", - deyə müqavimət hərəkatının lideri Həsən Nəsrullah bildirib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5063.html