|
• DünyadaFransalı yazar Həzrət Məryəmi Quranın dili ilə anlatdıFransalı qəzet yazarı bildirir- Həzrət Məryəmin adı Quran-Kərimdə məsihilərin müqəddəs kitabı olan İncildən daha çox qeyd olunmuşdur və bu müqəddəs xanım müsəlmanlar və məsihilər arasında mühüm əlaqələr yarada bilər. Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə,bu barədə "əl-islam əl-yəvm" xəbər agentliyi məlumat yayıb. Fransanın "Lakruva" qəzetinin cari ilin Aprel ayının 1-ə olan sayında Həzrət İsa peyğəmbərin anası Həzrət Məryəmin(ə) müsəlmanlar arasında əzizliyini və mühüm məqamı olduğunu bildirərək yazıb ki, müsəlmanların müqəddəs kitabı Quran-Kərimdə Həzrət Məryəmin adı məsihilərin müqəddəs kitabı olan İncildən daha çox qeyd olunmuşdur və bu müqəddəs xanım müsəlmanlar və məsihilər arasında mühüm əlaqələr yarada bilər. Qəzet yazır: Həzrət Məryəm (ə) həm müsəlmanların və həm də məsihilərin arasında paklıq və iffət rəmzi və saleh əməl örnəyidir. Məqalənin davamında deyilir:" Müsəlmanlar arasında Məryəm və avropalılar arasında Mari (Mariya) kimi tanınan Həzrət Məryəmin (ə) İslam dinində xüsusi məqamı vardır və İslamın ilk günlərindən müsəlmanlar onu yaxşı tanıyırlar. Quran-Kərimdə onun müjdə almasından tutmuş, həyatının incə məqamları, ona böhtan deyilməsi və Həzrəti İsanı (ə) Xurma ağacının altında dünyaya gətirməsinədək hamısı Quranda qeyd olunub. Quran-Kərim yəhudilərin Həzrət Məryəmə atdığı böhtanı şiddətlə rədd edir. Onun adı Quran-Kərimdə 34 dəfə, yəni İncildə qeyd olunandan daha çox keçmişdir. Quran-Kərimin 19-cu surəsinin adı Həzrət Məryəmin (ə) adını daşıyır. Quran-Kərimdə Həzrət Məryəmdən (s) başqa bir qadın bu qədər təriflənməmiş və müzakirə edilməmişdir." Fransa Dinlər Universitetinin ustadı Milak Şebel deyir: İslam dinində Həzrət Məryəm (ə) Allahın anası sayılmır. Bu dinə görə Həzrət İsa (ə) peyğəmbərlərdən biridir və böyük məqamı vardır, amma Allah və ya Allahın oğlu deyildir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Aprel, 2016 17:17 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |