
Fransalı qəzet yazarı bildirir- Həzrət Məryəmin adı Quran-Kərimdə məsihilərin müqəddəs kitabı olan İncildən daha çox qeyd olunmuşdur və bu müqəddəs xanım müsəlmanlar və məsihilər arasında mühüm əlaqələr yarada bilər.
Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə,bu barədə "əl-islam əl-yəvm" xəbər agentliyi məlumat yayıb.
Fransanın "Lakruva" qəzetinin cari ilin Aprel ayının 1-ə olan sayında Həzrət İsa peyğəmbərin anası Həzrət Məryəmin(ə) müsəlmanlar arasında əzizliyini və mühüm məqamı olduğunu bildirərək yazıb ki, müsəlmanların müqəddəs kitabı Quran-Kərimdə Həzrət Məryəmin adı məsihilərin müqəddəs kitabı olan İncildən daha çox qeyd olunmuşdur və bu müqəddəs xanım müsəlmanlar və məsihilər arasında mühüm əlaqələr yarada bilər.
Qəzet yazır: Həzrət Məryəm (ə) həm müsəlmanların və həm də məsihilərin arasında paklıq və iffət rəmzi və saleh əməl örnəyidir.
Məqalənin davamında deyilir:" Müsəlmanlar arasında Məryəm və avropalılar arasında Mari (Mariya) kimi tanınan Həzrət Məryəmin (ə) İslam dinində xüsusi məqamı vardır və İslamın ilk günlərindən müsəlmanlar onu yaxşı tanıyırlar. Quran-Kərimdə onun müjdə almasından tutmuş, həyatının incə məqamları, ona böhtan deyilməsi və Həzrəti İsanı (ə) Xurma ağacının altında dünyaya gətirməsinədək hamısı Quranda qeyd olunub. Quran-Kərim yəhudilərin Həzrət Məryəmə atdığı böhtanı şiddətlə rədd edir. Onun adı Quran-Kərimdə 34 dəfə, yəni İncildə qeyd olunandan daha çox keçmişdir. Quran-Kərimin 19-cu surəsinin adı Həzrət Məryəmin (ə) adını daşıyır. Quran-Kərimdə Həzrət Məryəmdən (s) başqa bir qadın bu qədər təriflənməmiş və müzakirə edilməmişdir."
Fransa Dinlər Universitetinin ustadı Milak Şebel deyir: İslam dinində Həzrət Məryəm (ə) Allahın anası sayılmır. Bu dinə görə Həzrət İsa (ə) peyğəmbərlərdən biridir və böyük məqamı vardır, amma Allah və ya Allahın oğlu deyildir.