|
• DünyadaYəməndə il ərzində 3.2 mindən çox dinc sakin həyatını itirib - BMTYəməndə ötən ilin martından (münaqişənin gərginləşməsi) indiyədək 3218 mülki şəxs ölüb, 5778-si xəsarət alıb. Ahlibeyt.az-ın Salamnews- a istinadən verdiyi xəbərə görə, bu məlumatlar BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyda Raada əl-Hüseynin bəyanatında təqdim edilib. Ali komissar martın 15-də əl-Hamis şəhərindəki bazara Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya tərəfindən endirilən və 106 dinc sakinin həyatına son qoyan aviazərbələri qətiyyətlə pisləyib: “Yəmənin şimal-qərbindəki əl-Hamis bazarına iki aviazərbənin endirilməsi nəticəsində baş verən qırğın bir il əvvəl - münaqişənin başlandığı vaxtdan indiyədək ölüm sayına görə ən ağır hadisələrdən biridir.” Əl-Hüseyn koalisiya qüvvələrini “oxşar hadisələrin sayının artmasının qarşısını almaq üçün effektiv fəaliyyət göstərməyə, şəffaf və müstəqil araşdırma aparmağa" çağırıb və vurğulayıb ki, əl-Hamisdəki hadisəyə Beynəlxalq Cinayət Komissiyası tərəfindən baxıla bilər. O əlavə edib ki, döyüşən tərəflər “hər zaman hərbi hədəflər və mülki şəxslər arasında fərq qoymağa məcburdurlar”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Mart, 2016 09:57 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |