|
• DünyadaABŞ-ın Havay ştatı da Xocalı soyqırımını tanıdıABŞ-ın daha bir ştatı Xocalı qətliamı barədə bəyannamə qəbul edib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan AnsPress-ə verilən məlumatda bildirilir ki, Havay ştatı da Xocalı qətliamını pisləyib. ABŞ-ın Havay ştatının qubernatoru Deyvid İqe (David Ige) Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar bu faciənin tanınması ilə bağlı xüsusi bəyannamə imzalayıb. Havay ştatının qubernatoru Devid Aydji(Devid İge)
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna daxil olmuş bəyannamədə qubernator Havay ştatının sakinləri adından Xocalı faciəsi ilə bağlı dərin kədərini ifadə edərək amansız qəddarlığa məruz qalmış günahsız qətliam qurbanlarının anılmasının önəmini vurğulayır. Sənəddə qeyd olunur ki, 1992-ci ilin 25-26 fevral tarixində baş vermiş Xocalı qətliamı zamanı 600 nəfərdən çox mülki insan qətlə yetirilib. Qubernator bildirir ki, oxşar qəddarlıqların yenidən baş verməməsi üçün Xocalı qurbanlarını hörmətlə yad etmək vacibdir. Bəyannamənin sonunda qubernator D.İqe arzu edir ki, tarix bir daha belə bir faciənin şahidi olmasın. Xocalı qətliamı ilə bağlı qəbul edilən qətnamə Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Fevral, 2016 15:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |