15 Fevral, 2016
ABŞ-ın Havay ştatı da Xocalı soyqırımını tanıdı

ABŞ-ın daha bir ştatı Xocalı qətliamı barədə bəyannamə qəbul edib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan AnsPress-ə verilən məlumatda bildirilir ki, Havay ştatı da Xocalı qətliamını pisləyib.

ABŞ-ın Havay ştatının qubernatoru Deyvid İqe (David Ige) Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar bu faciənin tanınması ilə bağlı xüsusi bəyannamə imzalayıb.

Havay ştatının qubernatoru Devid Aydji(Devid İge)

Картинки по запросу Devid İge

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna daxil olmuş bəyannamədə qubernator Havay ştatının sakinləri adından Xocalı faciəsi ilə bağlı dərin kədərini ifadə edərək amansız qəddarlığa məruz qalmış günahsız qətliam qurbanlarının anılmasının önəmini vurğulayır.

Sənəddə qeyd olunur ki, 1992-ci ilin 25-26 fevral tarixində baş vermiş Xocalı qətliamı zamanı 600 nəfərdən çox mülki insan qətlə yetirilib. Qubernator bildirir ki, oxşar qəddarlıqların yenidən baş verməməsi üçün Xocalı qurbanlarını hörmətlə yad etmək vacibdir.

Bəyannamənin sonunda qubernator D.İqe arzu edir ki, tarix bir daha belə bir faciənin şahidi olmasın.

Bu bəyannamə ilə ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 19-a çatıb.

Xocalı qətliamı ilə bağlı qəbul edilən qətnamə

Xocalı qətliamı ilə bağlı qəbul edilən qətnamə

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4392.html