|
• Mənəviyyat • Mənəviyyat"Kumeyl Duası"nın fəzilət və şərhi - Günahın təsirləriBöyük alim,ustad Hüseyn Ənsariyanın Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini ixtisarla oxuculara təqdim edirik. VI hissə - Günahın təsirləri Din alimləri ayə və rəvayətlərə əsaslanaraq günahları iki qismə bölmüşlər: böyük ("kəbirə”) və kiçik ("səğirə”) günahlar. İmam Sadiq (ə) buyurmuşdur ki: "Müqabilində Cəhənnəm əzabı vəd edilmiş günahlar böyük günahlardır.” Böyük günahdan çəkinən insanların kiçik günahları bağışlanasıdır. "Nisa” surəsinin 31-ci ayəsində buyurulur: "Əgər qadağa olunmuş böyük günahlardan çəkinsəniz, kiçik günahlardan təmizlənərsiniz...” İmam Riza (ə) böyük günahları bu ardıcıllıqla sadalayır: günahsız insanı qətlə yetirmək, zina – qanunsuz cinsi əlaqə oğurluq, məst edən maddələrin qəbulu, ata-anaın üzünə ağ olmaq, döyüşdən qaçmaq, yetimin malını zorla yemək, şəri qaydada kəsilməmiş və haram ət yemək, sələm, haram maldan istifadə qumar, ölçüdə və çəkidə əksiklik, pak insana böhtan, həmcinsbazlıq – ləvat, Allahın rəhmətindən ümidsizlik, özünü Allah əzabından amanda bilmək, zalıma kömək, zalıma məhəbbət, yalan and, haqqı qəsdən yubatmaq, yalan, təkəbbür, israf, tələf etmə xəyanət, həcci yüngül saymaq, Allah dostları ilə vuruş, puç işlərlə əylənmə günahın təkrarı... Günahın təsirləri Ayə və rəvayətlərdə günahın bir çox təsirləri bəyan olunmuşdur. Günah yaxşı əməli puça çıxarır, insanı dünya və axirət bəlalarına düçar edir. Günah duaların qəbuluna mane olur. Günahkar insan şəfaətçilərin şəfaətindən məhrum olur. Günah qəlbi bərkidir, qaraldır, imanı aradan aparır. Günahkarlara olunan nəsihət nəticəsiz qalır. Günah insanı rüsvay edir, onun ruzisini əksildir. Günah insanı ibadət və bəndəlikdən uzaqlaşdırır. Günah insanı şeytanla mübarizədə məğlubiyyətə düçar edir, ailə və cəmiyyətdə rabitələri qırır. Günah nəticəsində insanlar arasındakı etibar itir. Günahkar insan çətin can verir, onun qəbir əzabı ağır olur. İmam Sadiq (ə) buyurur: "Əgər günah olmasa heç bir damar kəsilməz, heç bir ayağa daş dəyməz, qarşıya heç bir çətinlik çıxmaz, heç bir xəstəlik baş verməz. Ona görə Allah-Taala öz kitabında buyurur: "Düşdüyünüz müsibətlərin səbəbi yol verdiyiniz günahlardır və Allah çox günahlarınızı bağışlayır.” İmam Riza (ə) buyurur: "Allah-Taala öz peyğəmbərlərindən birinə belə vəhy etdi: "Mənə itaət olunsa razı qalaram. Razı qalsam, bərəkətimi göndərərəm və mənim bərəkətim sonsuzdur. Mənə itaətsizlik göstərilsə qəzəblənərəm. Qəzəblənsəm, lənət edərəm və lənətim yeddi qatdan keçər.” Qiyamətə günahın nəticəsinə diqqətli insan diri, günaha batmağın ağrılı nəticələrindən çəkinməyən insan isə ölüdür! Həya pərdəsini yırtan günahlar Məşhur mühəddis Şeyx Səduq İmam Zeynəl-abidin (ə)-dan belə bir hədis nəql edir: "Hörmət pərdələrini yırtan günahlar bunlardır: məstedici maddə qəbul etmək, qumarbazlıq, xalqı güldürmək üçün mənasız işlər görmək, xalqın eyibini açmaq, günahda ittiham olunanla yoldaşlıq.” "Kumeyl” duasındakı "əzabların qarşısını alan pərdələri yırtan günahlar” ifadəsi yuxarıda zikr olunmuş hədis vasitəsilə aydınlaşır. Spirtli içki içmək İmam Musa ibn Cəfər (ə) və İmam Cavad (ə) spirtli içki içməyi böyük günahlardan sayır. Təbabət elminin tanınmış simaları spirtli içkiləri insan orqanizmi üçün zərərli hesab edirlər. Alkoqolun beyin, mədə ciyər, böyrək və digər daxili orqanlara dağıdıcı təsiri bir çox hallarda faciə ilə nəticələnir. Qurani-Kərim məstedici mayeləri, alkoqolu murdar sayır. Alkoqolun bəşəriyyətə vura biləcəyi zərbə nəzərə alınaraq, o, haram buyurulmuşdur. Bu əməldən tövbə etməyən şəxsi axirət əzabı gözləyir. İslam Peyğəmbəri (s) alkoqolla əlaqədar on nəfərə lənət oxumuşdur: şərab məqsədi ilə üzüm əkən, bu bağa bağbanlıq edən, meyvəni bu məqsədlə sıxıb suyunu çıxaran, onu içən, onu məclisə paylayan, onu bir yerdən başqa yerə daşıyan, onu təhvil götürən, onu satan, onu alan, onun qazancını yeyən. İslam Peyğəmbəri (s) buyurur: "Allah mənim dilimlə şərabı haram elan etdikdən sonra şərab içən şəxs elçiliyə gəldikdə ona müsbət cavab vermək layiq deyil. Şərab içənin şəfaəti qəbul olunmaz, dedikləri təsdiq edilməz. Ona əmanət tapşırmaq olmaz. Şərab içənə əmanət tapşıran kəsə Allah tərəfindən zəmanət yoxdur.”(Ənisül-ləyl, 239.) Qumar Böyük günahlardan biri də qumardır.İmam Sadiq (ə) qumarı böyük günahlara aid edir. "Bəqərə” surəsinin 219-cu ayəsində buyurulur: «Səndən məstedici maye və qumar haqqında soruşurlar. De ki, məstedici maye və qumar böyük günahdır.» Qumar alətlərini düzəltmək, onları düzəltmək üçün haqq almaq, onları satmaq və almaq haramdır. Böyük şiə fəqihlərinin əksəriyyəti hətta udub-uduzmadan bu oyunları oynamağa icazə vermir. Bu alətləri saxlamaq haram, məhv etmək isə vacibdir. Qumar məclisində oturub tamaşa etmək haram və bu məclisdən uzaqlaşmaq vacibdir. Xalqı güldürmək üçün görülən bihudə işlər Bihudə işlər dedikdə bu işi görən və bu işə tamaşa edən insanlar üçün dünya və axirət faydası olmayan, qiymətli ömrü puça çıxaran işlər nəzərdə tutulur. İnsan unutmamalıdır ki, ömrün hər dəqiqəsi milyardlarca amil hesabına başa gəlir. Şübhəsiz ki, qiymətli ömrünü boş yerə xərcləmək naşükürlükdür. Ömür Allah-Taalanın insana verdiyi ən böyük nemətdir. Bu nemətin şükrü onun hər dəqiqəsini qiymətli bilib ibadət və saleh işlərə sərf etməkdir. Xalqın eyiblərini açmaq İslam dinində müsəlmanların və möminlərin təmiz adını qorumaq vacibdir. Möminin abır-həyası onun qanı kimi möhtərəm sayılır. Əgər xalqın abır-həyasına zərbə dəyərsə cəmiyyətdəki etibar viran qalar. Yalnız peyğəmbərlər, imamlar və övliyalar eyibsiz olmuşdur. Bütün qalan insanların gizli eyibləri vardır. Çox az insanlar üçün təmiz ad əhəmiyyətsizdir. Əksər insanlar eyibləri açıqlandığı zaman narahat olurlar. Başqalarının istənilən bir eybini açıb-ağardanlar böyük günaha yol verir və axirət əzabı qazanırlar. İmam Baqir (ə) və İmam Sadiq (ə) belə buyurmuşlar: "İnsan üçün küfrə ən yaxın əməl odur ki, bir şəxslə din əsasında qardaşlıq əqdi bağlayıb, onun səhvlərini öyrənsin və sonradan bu səhvləri açıb-ağartmaqla danlaq vursun.”(Ğurərul-hikəm”, 73.) İmam Sadiq (ə) nəql edir ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Ey dildə İslamı qəbul edib, qəlbinə iman nüfuz etməyənlər! Müsəlmanları məzəmmət etməyin, onlarda eyib axtarmayın. Hər kəs müsəlmanlarda eyib axtarsa, Allah da onda eyib axtarar, Allahın eyib axtardığı kəs isə evində belə rüsvayçılıqdan gizlənə bilməz”. http://ahlibeyt.az/news/a-3153.html -Kumeyl duasının şərhi-1 http://ahlibeyt.az/news/a-3220.html -Kumeyl duasının şərhi-2 http://ahlibeyt.az/news/a-3498.html - Kumeyl duasının şərhi-3 http://ahlibeyt.az/news/a-3528.html - Kumeyl duasının şərhi-4 http://ahlibeyt.az/news/a-3548.html - Kumeyl duasının şərhi-5 Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Sentyabr, 2015 22:05 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |