إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Avstraliyanın Adlayd şəhərində mübarək Ramazan məclisləri

Mübarək Ramazan ayı daxil olduqdan sonra  Avstraliyanın əsasən müsəlmanlar yaşayan Adlyad şəhərinin məscidində Quran-Kərim tilavəti və Ramazan ayının xüsusi duaları oxunan məclislər keçirilir.

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə, Ramazan ayının başladığı ilk günlərdən Avstraliyanın  Adlyad şəhərinin məscidində hər gün İranlı, əfqanistanlı, iraqlı, livanlı, küveytli və Səudiyyədən olan müsəlmanlar iştirak edir, Höccətul-İslam vəl-müslimin Ləyaqət Qulam Əli Heydəri dini mövzularda xütbələr oxuyur  və mübarək Ramazan ayı ilə bağlı hökmləri oructutanlar üçün açıqlayır.

Bu dini məclisdə hər gün bir cüz Quran-Kərim tilavət edilir, bundan sonra orucluğun xüsusi duaları oxunur və moizələr edilir.

Hər gün bu məscidə tilavət və dua məclislərinin ardınca camaat namazı qılınır və iftar süfrəsi verilir.

Məlumatda bu şəhərdə məskumlaşmış müsəlmanların əsasən şiə məzhəbinin ardıcılları olduğu qeyd edilir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 İyun, 2015  13:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!