
Mübarək Ramazan ayı daxil olduqdan sonra Avstraliyanın əsasən müsəlmanlar yaşayan Adlyad şəhərinin məscidində Quran-Kərim tilavəti və Ramazan ayının xüsusi duaları oxunan məclislər keçirilir.
Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə, Ramazan ayının başladığı ilk günlərdən Avstraliyanın Adlyad şəhərinin məscidində hər gün İranlı, əfqanistanlı, iraqlı, livanlı, küveytli və Səudiyyədən olan müsəlmanlar iştirak edir, Höccətul-İslam vəl-müslimin Ləyaqət Qulam Əli Heydəri dini mövzularda xütbələr oxuyur və mübarək Ramazan ayı ilə bağlı hökmləri oructutanlar üçün açıqlayır.
Bu dini məclisdə hər gün bir cüz Quran-Kərim tilavət edilir, bundan sonra orucluğun xüsusi duaları oxunur və moizələr edilir.
Hər gün bu məscidə tilavət və dua məclislərinin ardınca camaat namazı qılınır və iftar süfrəsi verilir.
Məlumatda bu şəhərdə məskumlaşmış müsəlmanların əsasən şiə məzhəbinin ardıcılları olduğu qeyd edilir.