إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq ordusu Ramadi şəhərinin İŞİD terrorçularından təmizlənməsi üçün irimiqyaslı əməliyyata başlayır

İraqın Ənbar əyalətinin mərkəzi - Ramadi şəhərini İŞİD qruplaşmasından geri almaq üçün bölgəyə  bu ölkənin xalq səfərbər qüvvələrindən 60 min nəfər  könüllüsü gəlib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, SumaryaNews- un məlumatında  İraq təhlükəsizlik mənbələrinin  Rəmadinin azad edilməsi əməliyyatına başlamasını və tezliklə terrorçulardan təmizlənəcəyini bildirir.

Məlumatlarda qeyd olunur ki, İraqın Müdafiə Nazirliyi orduya və könüllülərə dəstək üçün bölgəyə 200 tank və piyadaların döyüş maşını göndərib. Hərbi texnika artıq şəhərin yaxınlığındakı Əl-Xabaniya yaşayış məntəqəsinə yerləşdirilib.

qeyd edək ki, İŞİD qruplaşması mayın 15-nə keçən gecə Ramadi şəhərinə irimiqyaslı hücuma keçərək şəhərin əksər hissəsini ələ keçirib. Mayın 17-də şəhər üzərində nəzarətə tam nəzarəti ələ keçirən terrorçular İraq ordusunun Ənbar komandanlığının operativ mənzil-qərargahını tutub və çox sayda hərbi texnikanı qənimət götürüblər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 May, 2015  19:22 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!