
İraqın Ənbar əyalətinin mərkəzi - Ramadi şəhərini İŞİD qruplaşmasından geri almaq üçün bölgəyə bu ölkənin xalq səfərbər qüvvələrindən 60 min nəfər könüllüsü gəlib.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, SumaryaNews- un məlumatında İraq təhlükəsizlik mənbələrinin Rəmadinin azad edilməsi əməliyyatına başlamasını və tezliklə terrorçulardan təmizlənəcəyini bildirir.
Məlumatlarda qeyd olunur ki, İraqın Müdafiə Nazirliyi orduya və könüllülərə dəstək üçün bölgəyə 200 tank və piyadaların döyüş maşını göndərib. Hərbi texnika artıq şəhərin yaxınlığındakı Əl-Xabaniya yaşayış məntəqəsinə yerləşdirilib.
qeyd edək ki, İŞİD qruplaşması mayın 15-nə keçən gecə Ramadi şəhərinə irimiqyaslı hücuma keçərək şəhərin əksər hissəsini ələ keçirib. Mayın 17-də şəhər üzərində nəzarətə tam nəzarəti ələ keçirən terrorçular İraq ordusunun Ənbar komandanlığının operativ mənzil-qərargahını tutub və çox sayda hərbi texnikanı qənimət götürüblər.