|
• DünyadaMəscidun-Nəbinin(s) imam camaatı şiələri təhqir edibCamaat namazını dəstəmazı pozduğuna görə yarımçıq qoyan vahhabi alimi Şeyx Əli əl-Hüzeyfi dünən Cümə xütbəsində Ərəbistanın şərqində şiələrin qiyam etmələrində İranı ittihamlandıraraq şiələri təhqir edib. əl-Hüzeyfi xütbəsinə deyib ki, şiələr dindən çıxmış şəxslərdirlər. Onlar Həsən Əskərinin övladı olaraq tanıdıqları "Əba Saleh"in arxasınca gedirlərsə, qoy getsinlər. Amma bilsinlər ki, Əhli-Beyt(ə) və əshab onların əqidəsindən uzaqdır. Çünki onların "Əba Saleh" adlandırdıqları şəxs hələ doğulmayıb. Daha sonra o əl-Əvamiyyə bölgəsində qiyam qaldıran şəxslərin xarici qüvvələrin təhrikilə qiyam etdiklərini bildirərək onları islaha dəvət edib. əl-Hüzeyfi bir az da irəli gedərək deyib ki, mən bilmirəm axı onlar niyə qiyam ediblər. Axı onlar Ali Səud hökümətində bütün hüquqlara malikdirlər. İƏT-ə də iradını bildirən əl-Hüzeyfi onları məsələlərə səthi yanaşmamağa çağıraraq Bəhreyndə də xarici qüvvələrin aranı qatmaqlarının müqabilində Səudiyyə Ərəbistanının ora qoşun göndərdiyini bildirib. əl-Hüzeyfinin bu gülünc və sərsəm iddialarına cavab olaraq Səudiyyənin şiə alimlərindən olan Ayətullah Şeyx Həsən Səffar deyib ki, əl-Hüzeyfi öz sözlərilə məzhəb qarşıdurması yaradır. Və şiələr öz yaşadıqları məntəqədə belə adi hüquqlardan məhrumdurlar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Oktyabr, 2011 18:48 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |