8 Oktyabr, 2011
Məscidun-Nəbinin(s) imam camaatı şiələri təhqir edib

Camaat namazını dəstəmazı pozduğuna görə yarımçıq qoyan vahhabi alimi Şeyx Əli əl-Hüzeyfi dünən Cümə xütbəsində Ərəbistanın şərqində şiələrin qiyam etmələrində İranı ittihamlandıraraq şiələri təhqir edib.

əl-Hüzeyfi xütbəsinə deyib ki, şiələr dindən çıxmış şəxslərdirlər. Onlar Həsən Əskərinin övladı olaraq tanıdıqları "Əba Saleh"in arxasınca gedirlərsə, qoy getsinlər. Amma bilsinlər ki, Əhli-Beyt(ə) və əshab onların əqidəsindən uzaqdır. Çünki onların "Əba Saleh" adlandırdıqları şəxs hələ doğulmayıb.

Daha sonra o əl-Əvamiyyə bölgəsində qiyam qaldıran şəxslərin xarici qüvvələrin təhrikilə qiyam etdiklərini bildirərək onları islaha dəvət edib.

əl-Hüzeyfi bir az da irəli gedərək deyib ki, mən bilmirəm axı onlar niyə qiyam ediblər. Axı onlar Ali Səud hökümətində bütün hüquqlara malikdirlər.

İƏT-ə də iradını bildirən əl-Hüzeyfi onları məsələlərə səthi yanaşmamağa çağıraraq Bəhreyndə də xarici qüvvələrin aranı qatmaqlarının müqabilində Səudiyyə Ərəbistanının ora qoşun göndərdiyini bildirib.

əl-Hüzeyfinin bu gülünc və sərsəm iddialarına cavab olaraq Səudiyyənin şiə alimlərindən olan Ayətullah Şeyx Həsən Səffar deyib ki, əl-Hüzeyfi öz sözlərilə məzhəb qarşıdurması yaradır. Və şiələr öz yaşadıqları məntəqədə belə adi hüquqlardan məhrumdurlar.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-298.html