|
• DünyadaPakistanın sünnü və şiə alimlər birliyi hökumətin Yəmənə qoşun göndərilməsini dayandırdı Pakistan hökuməti xalqın ayağa qalxacağından narahat olaraq Səudiyyə Ərəbistana Yəməndə hərbi əməliyyatlar etməsi üçün əsgər göndərməyəcəyini elan edib.
Ahlibeyt.az-ın faktxəbər-ə istinadən verdiyi məlumata görə, sünni və şiə alimlərinin birgə yaratdığı 300 nəfərlik Üləma Birliyinin ortaq qərarında - «Yəmənə qarşı Pakistan əsgərlərinin peşkəş çəkilməyəcəyi», «Məzlum Yəmən xalqına qarşı edilən hər bir hücumu haram olduğu» və «Vəhşi hücumda ölən Pakistan əsgərlərinin şəhid sayılmadığı» bildirildi.
Bundan sonra Pakistan hökuməti də xalqın qəzəbindən çəkinərək Səudiyyə Ərəbistana əsgər göndərməyəcəyini elan etmək məcburiyyətində qalıb.
Xatırladaq ki, 26 marta keçən gecə Səudiyyə Ərəbistanı və Fars Körfəzinin ölkələri Yəməndə hərbi hava əməliyyatlara başlayıb. Buna səbəb kimi Əbd Rəbb Mənsur Hadinin Yəməndə «qanuni hakimiyyəti husilərdən qorumağa» çağırışı olmuşdu.
Səudiyyə Ərəbistanı hərbi hava qüvvələrinin Yəməndə husi üsyançılarına qarşı kasset tipli silahlardan istifadə edir. Qeyd edək ki, bu cür silahların mərmiləri dəfələrlə partlamaq xüsusiyyətinə malikdir və mülkilərə qarşı istifadəsi qadağan olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Aprel, 2015 15:33 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |