7 Aprel, 2015
Pakistanın sünnü və şiə alimlər birliyi hökumətin Yəmənə qoşun göndərilməsini dayandırdı
Pakistan hökuməti xalqın ayağa qalxacağından narahat olaraq  Səudiyyə Ərəbistana Yəməndə hərbi əməliyyatlar etməsi üçün əsgər göndərməyəcəyini elan edib.
Ahlibeyt.az-ın faktxəbər-ə istinadən verdiyi məlumata görə, sünni və şiə alimlərinin birgə yaratdığı 300 nəfərlik Üləma Birliyinin ortaq qərarında  - «Yəmənə qarşı Pakistan əsgərlərinin  peşkəş çəkilməyəcəyi», «Məzlum Yəmən xalqına qarşı  edilən hər bir hücumu  haram olduğu» və «Vəhşi hücumda ölən Pakistan əsgərlərinin şəhid sayılmadığı» bildirildi.
Bundan sonra Pakistan hökuməti də xalqın qəzəbindən çəkinərək Səudiyyə Ərəbistana əsgər göndərməyəcəyini elan etmək məcburiyyətində qalıb.
Xatırladaq ki, 26 marta keçən gecə Səudiyyə Ərəbistanı  və Fars Körfəzinin ölkələri Yəməndə hərbi hava əməliyyatlara başlayıb. Buna səbəb kimi  Əbd Rəbb Mənsur Hadinin  Yəməndə «qanuni hakimiyyəti husilərdən qorumağa» çağırışı olmuşdu.

Səudiyyə Ərəbistanı hərbi hava qüvvələrinin Yəməndə husi üsyançılarına qarşı kasset tipli silahlardan istifadə edir. Qeyd edək ki, bu cür silahların mərmiləri dəfələrlə partlamaq xüsusiyyətinə malikdir və mülkilərə qarşı istifadəsi qadağan olunub.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2964.html