|
• Dünyadaİraq Sünnü Alimlər Birliyi "Əl-Əzhər" şeyxinin iddiasına etiraz etdiXalid əl-Muəllanın rəhbərlik etdiyi İraq Sünni Alimlər Birliyi Misirin "Əl-Əzhər" Universitetinin şeyxi Şeyx Əhməd Tayyibin İraqda İŞİD-lə mübarizə aparan İraq Xalq Könüllü Dəstələrinin sünni bölgələrində qətliam törətmə iddiasına kəskin etirazını bildirib. Ahlibeyt.az-ın Abna-ya istinadən verdiyi xəbərə görə,Misirin"Əl-Əzhər" Universitetinin İslam aləmində tutduğu roldan bəhs edilən ifadələrlə başlayan İraq Sünnü Alimlər Birliyinin bəyanatında bildirilir ki, "Əl-Əzhər" mümkündür ki,məlumatsız olsun,lakin İraq Xalq Könüllü Dəstələri təkfirçi struktur deyil - Şiə və sünnülərdən ibarət olan bir təşkilatdır. Xalq Birliklərinə mənsub şiə və sünnü döyüşçülərin əksəriyyəti sünnü bölgələri İŞİD-dən azad etmək məqsədilə birlikdə döyüşür". "Əl-Əzhər" şeyxinin açıqlamasındakı ittihamların həqiqəti əks etdirmədiyini bildirən İraq Sünni Alimlər Birliyi, "Bu məlumatların əsaslandığı mənbələr, İŞİD-in cinayətləri qarşısında susqunluğunu pozmayan dairələrdir və məqsədləri ictimaiyyətin beynini çaşdırmaqdır", - deyə qeyd edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Mart, 2015 13:47 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |