
Xalid əl-Muəllanın rəhbərlik etdiyi İraq Sünni Alimlər Birliyi Misirin "Əl-Əzhər" Universitetinin şeyxi Şeyx Əhməd Tayyibin İraqda İŞİD-lə mübarizə aparan İraq Xalq Könüllü Dəstələrinin sünni bölgələrində qətliam törətmə iddiasına kəskin etirazını bildirib.
Ahlibeyt.az-ın Abna-ya istinadən verdiyi xəbərə görə,Misirin"Əl-Əzhər" Universitetinin İslam aləmində tutduğu roldan bəhs edilən ifadələrlə başlayan İraq Sünnü Alimlər Birliyinin bəyanatında bildirilir ki, "Əl-Əzhər" mümkündür ki,məlumatsız olsun,lakin İraq Xalq Könüllü Dəstələri təkfirçi struktur deyil - Şiə və sünnülərdən ibarət olan bir təşkilatdır. Xalq Birliklərinə mənsub şiə və sünnü döyüşçülərin əksəriyyəti sünnü bölgələri İŞİD-dən azad etmək məqsədilə birlikdə döyüşür".
"Əl-Əzhər" şeyxinin açıqlamasındakı ittihamların həqiqəti əks etdirmədiyini bildirən İraq Sünni Alimlər Birliyi, "Bu məlumatların əsaslandığı mənbələr, İŞİD-in cinayətləri qarşısında susqunluğunu pozmayan dairələrdir və məqsədləri ictimaiyyətin beynini çaşdırmaqdır", - deyə qeyd edib.