إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səudiyyə şeyxi Şeyx Fovzan: "İŞİD məhv olunmağa layiqdir"

Səudiyyə Ərəbistanı alimləri məclisinin üzvü Şeyx Fovzan İŞİD-in məhvə layiq olduğunu bəyan etdi

Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının alimlər məclisinin üzvü Şeyx Saleh Fovzan İŞİD-ın məhv olunmağa layiq olduğunu açıqlayıb.

Fovzan belə bir açıqlama verib: "İŞİD-ın törətdiyi qətllər, dağıntılar onların Qurana və səhabələrin dediklərinə riayət etməmələrinin göstəricisidir. Müsəlmanları qətl etmək Peyğəmbərin (s) xəbər verdiyi xaricilərin metodudur. Alimlər gərək xarici düşüncəlilərin yalanlarını ifşa etməli və onların məhv edilməsi istiqamətində təbliğat aparmalıdırlar. Müsəlmanlar Quran və sünnəyə riayət etsəydilər, İŞİD kimi xaricilər əmələ gəlməzdi. Onların etdikləri müsəlmanların nüfuzunun dünyada aşağı düşməsinə səbəb olub."

Qeyd edək ki, sələfilər də əsasən iki yerə bölünür: Təkfirçi ideologiyaya sahib olub yaşadıqları ölkənin hakimini qəbul etməyib onu tağut adlandıranlar və yaşadıqları ölkənin hakimini əmr sahibi hesab edənlər. Adətən ikinci təbəqə  birinci təbəqəni xarici (xəvaric) adlandırır, birinci təbəqə isə ikinci təbəqənin mürtəd olduğunu bildirirlər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Sentyabr, 2014  20:09 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!