
Səudiyyə Ərəbistanı alimləri məclisinin üzvü Şeyx Fovzan İŞİD-in məhvə layiq olduğunu bəyan etdi
Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının alimlər məclisinin üzvü Şeyx Saleh Fovzan İŞİD-ın məhv olunmağa layiq olduğunu açıqlayıb.
Fovzan belə bir açıqlama verib: "İŞİD-ın törətdiyi qətllər, dağıntılar onların Qurana və səhabələrin dediklərinə riayət etməmələrinin göstəricisidir. Müsəlmanları qətl etmək Peyğəmbərin (s) xəbər verdiyi xaricilərin metodudur. Alimlər gərək xarici düşüncəlilərin yalanlarını ifşa etməli və onların məhv edilməsi istiqamətində təbliğat aparmalıdırlar. Müsəlmanlar Quran və sünnəyə riayət etsəydilər, İŞİD kimi xaricilər əmələ gəlməzdi. Onların etdikləri müsəlmanların nüfuzunun dünyada aşağı düşməsinə səbəb olub."
Qeyd edək ki, sələfilər də əsasən iki yerə bölünür: Təkfirçi ideologiyaya sahib olub yaşadıqları ölkənin hakimini qəbul etməyib onu tağut adlandıranlar və yaşadıqları ölkənin hakimini əmr sahibi hesab edənlər. Adətən ikinci təbəqə birinci təbəqəni xarici (xəvaric) adlandırır, birinci təbəqə isə ikinci təbəqənin mürtəd olduğunu bildirirlər.