|
• DünyadaKüveyt Sosial İşlər Nazirliyi- “Suriyaya gedən cavanlar Fatihə surəsini belə düzgün oxuya bilmirlərDünyanın müxtəlif ölkələrindən cihad adı altında Suriyaya gedən terrorçuların din haqqında anlayışları yoxdur. Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə Küveytin Sosial İşlər Nazirliyinin Gənclərlə Yardım şöbəsinin müdiri Əbdüllətif əs-Sinan Suriyada bir müddət terrorçu qruplaşmaların tərkibində döyüşdükdən sonra geri qayıdan küveytli gənclərdən danışıb. Əs-Sinan Suriyadan geri qayıdan 7 gənclə şəxsən görüşdüyünü və onların 18 yaşında olduqlarını vurğulayaraq deyib: “Onlarla söhbət edərkən anladım ki, onların din haqqında anlayışları yoxdur. Cihad haqqında bir-iki “atəşli” (cihada həvəsləndirən ürəksarsıdıcı) xütbəyə qulaq asaraq Suriyaya gediblər. Onlar Fatihə surəsini belə düzgün oxuya bilmirdilər. Məcbur olduq ki, düşüncə və davranışlarını islah etmək üçün onları təlim-tərbiyə mərkəzlərinə yerləşdirərək”. Suriya böhranının oyundan ibarət olduğunu və bu böhrandan sui-istifadə edildiyini vurğulayan əs-Sinan sözlərinin davamında deyib: “Gənclərimizi bu yoldan çəkindirmək üçün xüsusi qanunlar qəbul edilməli və cəzalar sərtləşdirilməlidir. Bu, dünyanın ən böyük cinayətlərindəndir, onun qarşısını almalı və gənclərimizi qorumalıyıq”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 May, 2014 16:59 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |