|
• DünyadaMüsəlman sivilizasiyasının inkişafı maraqlı model yaradır
"Müasir elm və texnologiyanın inkişafı və müsəlman sivilizasiyasının inkişafı maraqlı model əmələ gətirir." Bu sözləri Bakıda keçirilən II Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Mədəniyyətlərarası dialoq: Etiqad və elm" sessiyasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov bildirib. Komitə sədri elmlə etiqadın bir-birinə bağlı iki yanaşma olduğunu, dünya elminin inkişafında İslam alimlərinin böyük rolu olduğunu, ən böyük ixtiralarda İslam alimlərinin adlarının çəkildiyini söyləyib. O, İslamda heç bir ayrı-seçkiliyin olmadığını, yalnız bilikli insanlarla, biliksiz insanlar arasında fərq qoyulduğunu deyib. Sessiyada çıxış edən İSESKO-nun baş katibi Abdüləziz əl-Tuveycri də elmlə etiqad arasındakı əlaqədən danışıb. O, İslam dinində də elmlə etiqadın bir arada gəldiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
salamnews Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 May, 2013 17:35 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |