
"Müasir elm və texnologiyanın inkişafı və müsəlman sivilizasiyasının inkişafı maraqlı model əmələ gətirir."
Bu sözləri Bakıda keçirilən II Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Mədəniyyətlərarası dialoq: Etiqad və elm" sessiyasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov bildirib.
Komitə sədri elmlə etiqadın bir-birinə bağlı iki yanaşma olduğunu, dünya elminin inkişafında İslam alimlərinin böyük rolu olduğunu, ən böyük ixtiralarda İslam alimlərinin adlarının çəkildiyini söyləyib.
O, İslamda heç bir ayrı-seçkiliyin olmadığını, yalnız bilikli insanlarla, biliksiz insanlar arasında fərq qoyulduğunu deyib.
Sessiyada çıxış edən İSESKO-nun baş katibi Abdüləziz əl-Tuveycri də elmlə etiqad arasındakı əlaqədən danışıb. O, İslam dinində də elmlə etiqadın bir arada gəldiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
salamnews