|
Ayətullah Mirzə İbrahim Badkubeyi(r)Əxlaqlı, pəhrizkar fəqih və ədəbiyyatçı Ayətullah Mirzə İbranim Badkubeyi on üçünçü, əsrin axırlarında (hicri qəmri tarixi ilə) Bakıda anadan olmuşdur. İbtidai təhsilini öz şəhərinin almlərindən aldıqdan sonra dini təhsilini davam etdirmək üçün Nəçəfi-Əşrəf şəhərinə köçür. Uzun illər dərin İslam elmlərini və maarifini alimlərdən öyrənib, ictihad məqamına çatdıqdan sonra öz vətəninə Bakıya qayıdır və İslam elmlərinin tədrisi və şəriət əkamlarını bəyan etməklə xalqı düzgün yola istiqamətləndirir. Amma çox çəkmir ki, bolşeviklərin Azərbaycana hücumu alimin öz doğma vətənindən didərgin düşməsinə səbəb olur. Bir qrup alimlə birlikdə artıq bu şəhərdə yaşamağı məsləhət olmadığını hiss edən Badkubeyi İrana köçür və Təbrizdə sakin olur və orada ailə qurur. 1300-cü şəmsi ilində (1921) Marağa şəhərindən bir dəstə dindar və mömin tacir onun Marağaya gəlməsini xahiş edirlər. Alim bu xahişi qəbul etdikdən sonra şəhərin əhalisi onu təntənəli surətdə qarşılayır və ona ev verirlər. Alim yüksək səviyyədə təqva, gözəl əxlaq və yaxşı əməl sahibi olmuşdur. Marağa şəhərində yaşadığı illərdə həm mədrəsədə həm də öz evində İslam elmlərini orta və ali səviyyədə tədris etməklə məşğul olur. Şəhərin bütün camaatı, dövlətlilər, dindarlar və tacirlər ona dərin hörmət bəsləyir. Hər kəs çalışırdı ki, ona hansısa bir qulluq etsin. Alim də ona verilən bütün hədiyyələri fəqirlərə və yoxsullara verərək onları himayə edirdi. Bu şəhərin mömin şəxslərindən biri belə söyləyir: "Hər vaxt ona bir şey verilsəydi və ya əlinə bir şey düşsəydi, fəqirləri və ya ehtiyacı olanları tapıb onlara kömək edərdi. Tacirlərdən biri bazarda mənə bir hədiyyə verib deyirdi ki, bunu o alimə çatdırım. Mən də hədiyyəni ona verən kimi dərhal onu özümə qaytarıb buyururdu ki, bunu filan fəqirə çatdır". Bəzi vaxtlar paltarları olmayan fəqirlərin əlindən tutub dükana aparır istədikləri paltarları onlara hədiyyə edirdi. Bu işlə onların qəlbini sevndirir və bu işdən ləzzət alırdı. Şəri malları (beytul-malı) saxlamaqda çox çiddi və diqqətli idi. Belə ki, xüms, zəkat və sair kimi verilən şəri vergiləri əlində, saxlamaz dərhal ehtiyacı olan tələbələr və fəqirlər arasında bölərdi. Bir il Məhərrəm və Səfər aylarında yığılan 1800 tümən pulu (o zaman bu məbləğin böyük qiyməti vardı) ehtiyacı olanların arasında bölür.
Böyük fəqih, 1322-ci şəmsi ilində Allahın rəhmətinə qovuşur. Ona əzəmətli şəkildə matəm tutduqdan sonra təntənəli surətdə dəfn edirlər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Mart, 2010 01:54 ⁄ Çap
Bu bölmədə1 Noyabr, 2011 Axund Mirzə Əbu Turab Axundzadə(r)1 Noyabr, 2011 Mirzə Mehdi Nehrəmi Naxçıvani16 Mart, 2010 Ayətullan Seyyid Hüseyn Hüseyni Lahıci, Badkubeyi(r)10 Mart, 2010 Ayətullah Şeyx Fazil Qafqazi Lənkərani(r)10 Mart, 2010 Ayətullah Haçı Şeyx Əbdül-Hüseyn Lənkərani |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |