|
Ayətullan Seyyid Hüseyn Hüseyni Lahıci, Badkubeyi(r)Ayətullah Seyyid Hüseyn Hüseyni Lahıci, Badkubeyi zəmanəsinin adlı-sanlı filosofu, həkimi, fəqihi və mənəviyyatlı alimi idi. Atası Seyyid Rza Seyyid Mövla Hüseyni öz məntəqəsinin hörmətli seyyidlərindən biri hesab olunurdu. Ayətullah Seyyid Hüseyn 1876-cı ildə (1293-cü hicri qəməri ili) Lahıc kəndində dünyaya göz açıb. Uşaq vaxtlarında onun fövqəladə istedadını başa düşən atası, ona ərəb dilini və müqəddimat dərslərini öyrədir. Atasının vəfatından bir il sonra İslam elmlərini xüsusilə hikmət və İslam fəlsəfəsini öyrənmək üçün Tehrana köçür və "Sədr" mədrəsəsində sakin olur. Əqli və nəqli elm sahiblərindən çoxlu bəhrələr aparır. Riyaziyyatı adlı-sanlı filosof Mirzə Əbül-Həsən Cilvədən, Molla Sədranın "Əsfar" dərsini isə Mirzə Haşim Əşmuridən öyrənir. Bundan əlavə, şəhərin tanınmış kəlam alimlərindən bəzi dərslər alır. Alimin, əqli elmlərdən başqa ustadlarından görkəmli və öz əsrinin misilsiz, filosoflar kimi Badkubeyi, Ağaəli Müdərris, Zənzuzi və başqalarını qeyd etmək olar. Alimin Tehrandakı təhsil müddəti yeddi ilə yaxın çəkir. Bütün bu illər ərzində onun geniş surətdə bərqərar olan hikmət və fəlsəfə bəhsləri həmişə davam edir. On dördüncü hicri əsrinin əvvəllərində Seyyid Badkubeyi nəqli elmlərdən üsul və fiqhi öyrənmək üçün Nəcəfi-Əşrəf şəhərinə gəlir. Bu elm ocağında adlı-sanlı alimlərin üsul və fiqh dərsi-xariclərində iştirak edir. Alimin buradakı ustadlarından Şeyx Axund Molla Məhəmməd Kazım Xorasani (üsul və fiqi dərsləri) və Şeyx Məhəmməd Həsən Mamağaninin (fiqhi dərsi) adını qeyd etmək olar. Çox çəkmir ki, Badkubeyi fiqh, üsul, fəlsəfə və irfan elmlərində əsrinin misilsiz şəxsiyyətinə çevrilir. Əqli və nəqli elmlərdə Nəcəfi-Əşrəf elmi hövzəsində böyük bir şəxsiyyət kimi məşhurlaşır. Mərhum Aqa Bozorg Tehrani alimin tərifində belə yazır: "Mərhum Seyyid Həsən Badkubeyi əqli və nəqli elmləri öyrəndikdən sonra özü çox savadlı və adlı-sanlı müdərris (tədrisçi) olur." Onun Nəcəfi-Əşrəf alimləri arasında yüksək dərəcədə etimadı var idi, başqa alimlər onu çox bilikli və fəzilətli alim kimi tanıyırdılar. Təhsilini başa vurduqdan sonra üsul və fiqh dərslərini tədris etməyə başlayır, çoxlu tələbə yetişdirir. (Alimin dərsində adlı-sanlı alimlər də iştirak edərdilər.) Az müddət ərzində əqli, fəlsəfə və hikmət elmlərində adlı-sanlı ustad kimi tanınır. Mərhum Badkubeyi Nəcəfi-Əşrəf elm ocağının iki məşhur filosoflarından biri idi ki, İslam fəlsəfəsi o iki nəfərin vasitəsi ilə inkişaf edirdi. İkincisi böyük filosof Şeyx Məhəmməd Həsən Kompani İsfahani idi. Bu iki filosof əqli elmlər və fəlsəfənin əsl, mühərrikləri idilər. Çünki ömürlərinin çox hissəsini bu elmlərin öyrənilməsinə sərf etmişdilər. Mərhum Badkubeyi uzun tədris illərində çoxlu məşhur filosoflar yetişdirmişdir. Alimin adlı-sanlı tələbələrindən aşğıdakıların adını qeyd etmək olar: 1-Məşnur müfəssir, filosof və arif Ayətullah Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai Təbrizi (1361-1404). O, qardaşı İlaih Təbrizi ilə birlikdə altı il müddətində fəlsəfə və irfan kitablarını, o cümlədən, Mərhum Səbzvarşın "Mənzumə", Molla Sədranın Əbu Əli Sinanın "Şifa", İbni Miskəveynin "Əsfar", "Əxlaq" və "Təfsiri-Quran" kitablarını mərhum Badkubeyidən öyrənir. Əllamə Təbatəbai fəlsəfə və hikmət elmlərini yalnız həkim Badkubeyidən dərs almışdır. O, məşhur "əl-Mizan" təfsirində Badkubeyinin nəzərlərindən geniş surətdə istifadə etmişdir. Bu kitabda bəzi yerlərdə qeyd olunan "bəzi ustadların nəzərinə görə" ifadəsindən məqsəd həkim Badkubeyidir ki, onun təfsir barəsində olan nəzərlərini özündə əks etdirir. 2-Məşhur arif Ayətullah Seyyid Məhəmməd Həsəsn İlaih Təbatəbai Təbrizi (Əllamə Təbatəbainin qardaşı). Mərhum Badkubeyi ömrünün çox hissəsini tədris etməklə keçirdiyindən, elmi əsərlər yazmağa az vaxt sərf edib. Buna baxmayaraq, bir neçə əsər yazıb özündən sonra yadigar qoymuşdur.
Məşhur arif Ayətullah Seyyid Hüseyn Badkubeyi Nəcəfi 1939-cu ildə (1358-ci il 28 şəvval) Nəcəfdə dünyasını dəyişir və Nəcəf şəhərində torpağa tapşırılır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Mart, 2010 01:50 ⁄ Çap
Bu bölmədə1 Noyabr, 2011 Axund Mirzə Əbu Turab Axundzadə(r)1 Noyabr, 2011 Mirzə Mehdi Nehrəmi Naxçıvani16 Mart, 2010 Ayətullah Mirzə İbrahim Badkubeyi(r)10 Mart, 2010 Ayətullah Şeyx Fazil Qafqazi Lənkərani(r)10 Mart, 2010 Ayətullah Haçı Şeyx Əbdül-Hüseyn Lənkərani |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |