|
• DünyadaTaliban hökumətinin nazir müavini qız məktəblərinin açılmasını istəyibTaliban hökumətinin xarici işlər nazirinin müavini Əfqanıstanda qızlar üçün orta məktəblərin yenidən açılmasını istəyib. Ahlibeyt.az-ın xəbərinə görə, SalamNews ToloNews-a istinadən xəbər verir ki, Taliban hökumətinin xarici işlər nazirinin müavini Şirməhəmməd Abbas Stanikzai bunu hərəkatın üzvləri qarşısında çıxışı zamanı deyib. "Təhsil heç bir ayrı-seçkilik olmadan hamıya verilməlidir. Qadınların təhsil almaq imkanı olmalıdır, İslamda qızların təhsilinə qadağa yoxdur", - deyə Stanikzai bildirib. O fikirlərini belə davam etdirib: "Gəlin başqalarına imkan verməyək ki, hakimiyyətlə xalq arasında uçurum yaratsın. Əgər texniki problemlər varsa, onlar həll olunmalıdır, qız məktəbləri açılmalıdır". Qeyd edək ki, Talibanın xarici işlər nazirinin müavini hərəkat daxilində mötədil fikirli sima hesab olunur. Bildirək ki, Taliban qızlar üçün orta məktəblərin açılması planı üzərində işlədiyini bildirsə də, bununla bağlı vaxt təyin etməyib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Sentyabr, 2022 09:35 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |