|
• DünyadaKabildə Əfqanıstan Ağsaqqallar Şurasının iclası başlayıbÜç gün davam edəcək iclasda ölkədəki aktual problemlər, ilk növbədə iqtisadi böhran və işsizlik məsələləri, qızların yuxarı siniflərdə (altıncı sinifdən sonra) təhsili ilə bağlı vəziyyət müzakirə olunacaq. Ahlibeyt.az-ın məlumatına görə, AZƏRTAC Ariana News telekanalına istinadla xəbər verir ki, şuranın iclasında “Taliban” hərəkatının formalaşdırdığı müvəqqəti hökumətin sədri Məhəmməd Həsən Axund, həmçinin 3500-ə yaxın üləma və ölkənin hər yerindən gələn tayfa başçıları iştirak edirlər. Əfqanıstanın Ağsaqqallar Şurası sonuncu dəfə 2020-ci ilin avqustunda, “Taliban” hərəkatının hakimiyyətə gəlməsindən bir il öncə toplanıb. Xatırladaq ki, 2021-ci ilin yaz aylarında ABŞ-ın öz hərbçilərini ölkədən çıxarmaq barədə qərarından sonra “Taliban” Əfqanıstanda hakimiyyəti ələ almaq üçün genişmiqyaslı əməliyyata başlayıb. Həmin il avqustun 15-də taliblər paytaxt Kabilə döyüşsüz daxil olub. Sentyabrın 6-da bütün Əfqanıstan ərazisinə nəzarətin qurulduğunu elan edən hərəkat müvəqqəti hökumət formalaşdırıb. Lakin hökumətin legitimliyi hələ ki, heç bir ölkə tərəfindən tanınmayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 İyul, 2022 09:06 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |