|
• Mənəviyyat • Mənəviyyatİmanlı insanlar Qiyamət günü kimlərlə yoldaşlıq edəcəklər?
Quran ayəsinə görə Allaha və Onun Peyğəmbərinə itaət edənlər peyğəmbərlər, sadiqlər, şəhidlər və saleh insanlarla yoldaşlıq edərlər. Bu, o qədər böyük bir nemətdir ki, hətta axirət dünyasında cənnət nemətlərini təkmil etmək üçün o itaətkar insanlara bəxş edilir. Yəni, onların bütün nemətlərdən əlavə peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlər kimi yoldaşları olacaq.
"Peyğəmbərlər, sadiqlər, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlar... Onlar gözəl dostlardır." Bu dörd dəstə insanları aşağıdakı formada izah etmək olar: 1. Peyğəmbərlər və Allahın xüsusi elçiləri. Onlar insanların hidayət və rəhbərliyi, eləcə də onları doğru yola yönəltmək üçün ilk addımı atmış insanlardır. (Nəbiyyin) 2. Doğruçular və düz danışanlar. Onlar həm düz danışan, həm də əməlləri ilə sözlərinin doğruluğunu sübut edən insanlardır. Onlar əməlləri ilə göstərirlər ki, yalnız dildə iman iddiası etmirlər, Allahın fərmanlarına sadiqanə iman gətirmişlər.( Siddiqin) Bu addan aydın olur ki, peyğəmbərlik məqamından sonra sidq və doğruluq məqamından üstün məqam yoxdur. Yalnız dildə deyil, əməl və düşüncədə də sadiqdirlər ki, əmanətdarlıq və ixlasa da şamil olur. Çünki. düz danışmaq sözdə əmanətdarlıq sayıldığı kimi, əmanətdarlıq da əməldə sadiqlikdir. Əks tərəfdən isə küfrdən sonra söz və əməldə heç bir çirkin sifət yalan, ikiüzlülük və xəyanətkarlıqdan pis ola bilməz. (Diqqət etmək lazımdır ki, siddiq sözü ərəb dilində mübaliğə formasıdır. Mənası başdan-ayağa düzlük və sədaqətdən ibarət insan deməkdir. Bəzi hədislərdə “siddiq” sözü Əli (əleyhis-salam) və Əhli-beyt imamlarına deyilir. Qeyd etdiyimiz kimi, bu qəbildən olan təfsirlər ayənin aydın və ali nümunəsinin bəyanıdır və ayənin mənası yalnız bunlarla bitmir. 3. Şəhidlər. Onlar pak ilahi əqidə və hədəf yolunda öldürülənlərdir. Yaxud da Qiyamət günü insanların əməllərinə şahid olan böyük insanlardır. (Şühəda) 4. Salehlər. Onlar müsbət, qurucu və faydalı işlər görməklə, peyğəmbərlərin göstərişlərinə itaət etməklə yüksək məqamlara nail olmuş ləyaqətli və böyük insanlardır. (Salihin) Hədislərdə salehlər imamların seçilmiş tərəfdarlarına və dostlarına deyilir. Bu da “siddiqin” sözündə qeyd etdiyimiz kimi ayənin ən bariz nümunəsidir. Burada bir məsələyə diqqət yetirmək lazımıdır: Bu dörd mərhələnin sadalanması bəlkə də onun üçündür ki, sağlam və təqdirəlayiq bir cəmiyyət yaratmaq üçün peyğəmbərlər və haqq rəhbərlər irəli gəlməlidir. Sonra sözləri və əməlləri həmahəng olan siddiq təbliğatçılar irəli gəlməli, onların hədəflərini yaymalıdırlar, haqq yolunun qarşısında maneə olan adamlarla mübarizə aparmalıdırlar. Bu səylər nəticəsi pak və layiqli cəmiyyətin yaranmasıdır. Aydındır ki, saleh insanlar da haqq məşəlini gələcək nəsillər üçün saxlamaq istiqamətində həmin üç vəzifəni yerinə yetirəcəklər. Onlar rəhbərlik , təbliğ edəcək və qurban verəcəklər. İtaətkar insanların bu dörd fəzilətə sahib olması onların məqam və mərtəbə baxımından tamamilə eyni olmaları demək deyil. Onlar bir-biri ilə yaxın olsa da hər birinin ilahi lütf və nemətlərdən (öz məqamına uyğun olaraq) özünəməxsus payı var. Necə ki, bir bağda olan ağaclar, güllər və bitkilər bir-birinin ətrafında olsalar da, günəşin şüasından və yağışdan qidalansalar da, onların payı eyni deyil. Mənbə: Məkarem
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 İyun, 2022 12:34 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |