|
• DünyadaPakistan xarici işlər naziri Əfqanıstana görə Bakıya gəlir"Əfqanıstanda dünyanın qəbul edəcəyi bir düzən istəyirik" söyləyən Qureyşi bildirib ki, Baş nazir İmran Xanın tapşırığı ilə Aşuradan sonra bir neçə ölkəyə səfər edəcək. Pakistan xarici işlər nazir Şah Mahmud Qureyşi Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün Azərbaycana gələcək. Ahlibeyt.az-ın məlumatına görə, "Sputnik Azərbaycan" Pakistan KİV- nə istinadən xəbər verir ki, səfər Pakistanın Baş naziri İmran Xanın tapşırığı ilə gerçəkləşəcək. Pakistanın xarici işlər naziri jurnalistlərə açıqlamasında Əşrəf Qəni hökumətinin başlatdığı Taliban əleyhinə təbliğatın yalan olduğunu bildirib: "Qorxu var idi ki, Taliban qızların təhsilinə qadağa qoyacaq. Lakin bu baş vermir. Taliban ümumi əfv elan etdi, məktəbləri və müəssisələri açdı. Onlar elan etdilər ki, intiqam almayacaqlar. Onların indiyə qədər atdıqları addımlar dinc xarakterlidir və bu, təqdirə layiqdir". Qureyşi vurğulayıb ki, Baş nazir İmran Xanın tapşırığı ilə Aşuradan sonra Özbəkistan, Tacikistan, Azərbaycan və İrana səfər edəcək: "Əfqanıstanda hökm sürən vəziyyəti qonşu ölkələrlə müzakirə edəcəyik və Əfqanıstan probleminin sülh yolu ilə həll edilməsi üçün onlara güvənməklə yanaşı, məsləhətləşəcəyik. Əfqanıstanda dünyanın qəbul edəcəyi bir düzən istəyirik". Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Avqust, 2021 17:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |