20 Avqust, 2021
Pakistan xarici işlər naziri Əfqanıstana görə Bakıya gəlir

"Əfqanıstanda dünyanın qəbul edəcəyi bir düzən istəyirik" söyləyən Qureyşi bildirib ki, Baş nazir İmran Xanın tapşırığı ilə Aşuradan sonra bir neçə ölkəyə səfər edəcək.

Pakistan xarici işlər nazir Şah Mahmud Qureyşi Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün Azərbaycana gələcək.

Ahlibeyt.az-ın məlumatına görə,  "Sputnik Azərbaycan" Pakistan KİV- nə istinadən xəbər verir ki, səfər Pakistanın Baş naziri İmran Xanın tapşırığı ilə gerçəkləşəcək.

Pakistanın xarici işlər naziri jurnalistlərə açıqlamasında Əşrəf Qəni hökumətinin başlatdığı Taliban əleyhinə təbliğatın yalan olduğunu bildirib: "Qorxu var idi ki, Taliban qızların təhsilinə qadağa qoyacaq. Lakin bu baş vermir. Taliban ümumi əfv elan etdi, məktəbləri və müəssisələri açdı. Onlar elan etdilər ki, intiqam almayacaqlar. Onların indiyə qədər atdıqları addımlar dinc xarakterlidir və bu, təqdirə layiqdir".

Qureyşi vurğulayıb ki, Baş nazir İmran Xanın tapşırığı ilə Aşuradan sonra Özbəkistan, Tacikistan, Azərbaycan və İrana səfər edəcək: "Əfqanıstanda hökm sürən vəziyyəti qonşu ölkələrlə müzakirə edəcəyik və Əfqanıstan probleminin sülh yolu ilə həll edilməsi üçün onlara güvənməklə yanaşı, məsləhətləşəcəyik. Əfqanıstanda dünyanın qəbul edəcəyi bir düzən istəyirik".


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11291.html