|
• DünyadaMərakeş kralı: Ölkədəki bütün məscidlərdə yağışın yağması üçün namazlar qılınacaqMərakeş kralı ölkədəki quraqlıqla bağlı xalqına müraciət edib. Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, bu gün Mərakeşdəki bütün məscidlərdə yağışın yağması üçün namazlar qılınacaq. Bildirilir ki, bu qərarı şəxsən ölkə kralı VI Muhəmməd qəbul edib. O, bütün mərakeşliləri “yağışın yağması üçün, Allaha dua etməyə” səsləyib. Xatırladaq ki, Mərakeşdə hələ avqust ayında başlamış quraqlıq və istilər davam etməkdədir. Daha əvvəl Mərakeşin kənd təsərrüfatı naziri Əziz Əhənnuş ölkənin kənd təsərrüfatı ərazilərində olduqca az yağıntıların olduğu demişdi. Vəziyyət ərzaq çatışmazlığına səbəb olub. Təkcə ötən həftə un sırasında baş vermiş basırıqda 15 nəfər həyatını itirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Noyabr, 2017 13:51 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |