
Mərakeş kralı ölkədəki quraqlıqla bağlı xalqına müraciət edib.
Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, bu gün Mərakeşdəki bütün məscidlərdə yağışın yağması üçün namazlar qılınacaq. Bildirilir ki, bu qərarı şəxsən ölkə kralı VI Muhəmməd qəbul edib. O, bütün mərakeşliləri “yağışın yağması üçün, Allaha dua etməyə” səsləyib.
Xatırladaq ki, Mərakeşdə hələ avqust ayında başlamış quraqlıq və istilər davam etməkdədir.
Daha əvvəl Mərakeşin kənd təsərrüfatı naziri Əziz Əhənnuş ölkənin kənd təsərrüfatı ərazilərində olduqca az yağıntıların olduğu demişdi.
Vəziyyət ərzaq çatışmazlığına səbəb olub. Təkcə ötən həftə un sırasında baş vermiş basırıqda 15 nəfər həyatını itirib.