إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD liderinin məhv edilməsi təsdiqləndi

 

ABŞ-ın silahlı qüvvələri Suriyada İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini zərərsizləşdirib.

Ahlibeyt.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, ABŞ prezidenti Donald Tramp, Suriyadakı əməliyyat zamanı IŞID  terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin məhv edildiyini açıqlayıb.

“Ötən gecə dünyanın aparıcı terrorçu liderini mühakimə etdik. Əl-Bağdadi öldü. O düyanın ən qəddar və amansız terror təşkilatı olan İŞİD-in qurucusu və lideri idi"-deyə Tramp bildirib.

Trampın sözlərinə görə, əl-Bağdadi əməliyyat zamanı tuneldə gizlənib və bizim k9 helikopterlərimiz onu təqib edib:

“DNT testləri terrorçunun öldüyünü təsdiqləyib. Əl-Bağdadi terrorçu-kamikadze kəməri ilə özünü partladıb, nəticədə onun yanında olan üç övladı da ölüb".

 

Qeyd edək Ki, ABŞ prezidenti əməliyyatda verilən dəstəyə görə Rusiya, Türkiyə və İraq hökumətlərinə münnətdarlığını bildirib.Lakin Rusiya Silahlı Qüvvələri baş qərargahından açıqlama verilərək bildirilib ki, bölgədə heç bir əməliyyat keçirilməsi barədə məlumata malik deyillər.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Oktyabr, 2019  09:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!