|
• Dünyadaİngiltərədə “İslami Xeyriyyə Həftəsi” başlayıb
İslami Xeyriyyə Həftəsi çərçivəsində müsəlman xeyriyyəçilər dünyanın müxtəlif yerlərində aclıq və qida problemi ilə üzləşən uşaqlara maddi yardım ediləcək, valideynlərini itirmiş uşaqlaı himayəyə götürüləcək. Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə, 21 Oktyabr 2019-cu il, İngiltərədə hər il keçirilən "İslami Xeyriyyə Həftəsi" başlayıb. Böyük Britaniya müsəlmanlarının Londonda fəaliyyət göstərən "İslamic Relief" İslami xeyriyyə cəmiyyətinin təsis etdiyi, hər il keçirilən və sayca 16-cı olan "İslami Xeyriyyə Həftəsi" çərçivəsində müsəlmanlar öz hədiyyə və köməklərini ehtiyaclı ailələrə çatdırılması üçün bir yerə toplayırlar. "İslamic Relief" İslami xeyriyyə cəmiyyəti elan edib ki, bu ilin "İslami Xeyriyyə Həftəsi" öz işini "gücümüzü birləşdirək" şüarı ilə başlayıb. Bu təşkilat bəyaniyanat yayaraq dünyanın xeyirsevər insanlarını ehtiyaclı uşaqlara dəstək layihələrinin həyata keçirilməsi üçün yardım etməyə çağırıblar. İslami Xeyriyyə Həftəsi çərçivəsində xeyriyyəçilər dünyanın müxtəlif yerlərində aclıq və qida problemi ilə üzləşən uşaqlara maddi yardım edəcək, yetim uşaqları himayəyə götürəcək və təbii hadisələrdə zərər çəkmişlərə kömək edəcəklər. Qeyd edək ki, keçən 16 il ərzində minlərlə müsəlman xeyriyyəçi əl-ələ verərək dünyanın müxtəlif ölkələrində yoxsullara kömək ediblər. Bu müddət ərzində 8.1 milyon pondluq maddi vəsait toplanaraq ehtiyaclılara çatdırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Oktyabr, 2019 10:29 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
21 Sentyabr, 2024 10:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |