|
• DünyadaƏrdoğan: “Şərtlərimiz qəbul olunmasa, suriyalı qaçqınlara Avropanın qapılarını açacağıq”“Suriya ilə sərhəddə təhlükəsiz zonayla bağlı şərtlərimiz qəbul olunmasa, qaçqınlara Avropanın qapılarını açacağıq. Bu yükü ancaq biz çəkməliyik?! Qaçqınlarla bağlı məsələdə başda Avropa İttifaqı olmaqla, yetərli dəstək almadıq”. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi qərargahında keçirilən genişləndirilmiş iclasda deyib. Prezident bildirib ki, 8 ildir Türkiyədə 3 milyon 650 nəfər suriyalı məskunlaşıb. O qeyd edib ki, Qərbdəki bəzi dövlətlər kimi, ancaq 50, 100 qaçqına sığınacaq verilməyib: “İndiyə qədər qaçqınlara xərclənən vəsaitin həcmi 40 milyard dolları ötüb. Avropa İttifaqının vəsaiti bizim büdcəmizə deyil, beynəlxalq təşkilatlara yönləndilir. Bu da ümumilikdə 3 milyard avro edər, ya etməz. Onlar verdikləri vədləri pozdular. Təhlükəsiz zona mövzusunda ABŞ, Rusiya və Almaniya ilə də danışıqlarımız davam edir. Bizə təklifiniz gözəldir deyirlər, amma əməli işə gələndə, buna əməl etmirlər. Biz yenə də təklifimizdə israrlıyıq. Əfqanıstandan gələn qaçqınlar da var, bunu da nəzərə almırlar. O zaman biz də qaçqınlar üçün Avropanın qapılarını açmaq məcburiyyətində qalacağıq”. Qeyd edək ki, bu ilin 5-7 avqust tarixlərində Türkiyə və ABŞ-dan olan hərbçilərin Suriyanın şimalında təhlükəsiz zonanın yaradılması ilə bağlı görüşlər keçirilib. Türkiyə Müdafiə Nazirliyində keçirilən görüşlərin nəticəsi olaraq Suriyanın şimalında təhlükəsiz zona yaradılması barədə razılıq əldə olunub. ABŞ-la birgə təhlükəsiz zonanın idarə edilməsi üçün Türkiyədə Müştərək Hərəkat Mərkəzinin qısa müddətdə yaradılması haqda razılıq əldə olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Sentyabr, 2019 13:45 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |