|
• DünyadaYaponiya baş naziri Ayətullah Xameneinin nüvə silah ı barədə haram fətvasını alqışlayıbYaponiya baş naziri Şinzo Abe İrana səfəri çərçivəsində İslam İnqilabının Ali lideri Ayətullah Xamenei ilə görüşüb. Ahlibeyt.az-ın məlumatına görə, SalamNews bu barədə khamenei.ir-ə istinadla xəbər verib. Bildirilib ki, tərəflər görüş zamanı region məsələlərini, xüsusilə də nüvə sazişinin son vəziyyəti və Tehran-Vaşinqton arasındakı gərginliyi müzakirə ediblər. Ötən gün İran prezidenti ilə birgə mətbuat konfransına qatılan Ş. Abe dünya ictimaiyyətinin İranla əldə etdiyi nüvə sazişinin əhəmiyyətindən, eləcə də İranın ali dini lideri Ayətullah Xameneinin kütləvi qırğın silahlarının istehsalının haram olması fətvasından danışıb. “İslam dini sülh, dözümlülük və tolerantlıq dinidir. İslam dininin mənəviyyatı xüsusilə də “işlərin ən yaxşısı orta yolu və mötədil olanıdır” kəlamı məni çox təsir altında saxlayıb. Mənim üçün sevindirici və möhtərəm qərarlardan biri də Ayətullah Xameneinin dəfələrlə kütləvi qırğın silahı haqda haram fətvası verməsidir”, deyə Yaponiya baş naziri bu fətvanı alqışlayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 İyun, 2019 10:23 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |