إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Nəsiminin əlyazma nüsxəsində dahi şairin “Hüseyni” təxəllüsü ilə tanındığı göstərir

Nəsiminin anadilli divanının əlyazma nüsxəsinin surəti əldə edilib.

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Türkiyənin Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının yeni naməlum əlyazma nüsxəsinin surətini əldə edib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, İnstitutdan Trend-ə verilən məlumata əsasən , müxtəlif janrlarda yazılmış şeirlərdən ibarət olan 134 səhifəlik divanın əvvəlində kitabın Bəktaşi təriqətinə məxsus Mömin Dədəyə vəqf edildiyi barədə qeyd var. Bu nüsxədəki qeyd göstərir ki, Nəsimi Bəktaşi təriqətinin nümayəndələri arasında hörmət sahibi olub, onun şeirləri bu mühitdə sevilərək oxunub.

Əlyazma nüsxəsinin əvvəlindəki “Kitabı-Seyyid Nəsimi əl-Hüseyni” sözləri şairin “Hüseyni” təxəllüsü ilə kifayət qədər geniş oxucu kütləsinə məlum olduğunu göstərir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Fevral, 2019  11:24 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!