|
• DünyadaƏfqanıstanda ötən ay silahlı toqquşmalarda 900-dən çox insan həlak olubƏfqanıstanda 2019-cu ilin yanvarında baş verən silahlı toqquşmalar zamanı 900-dən çox insan həlak olub. Ahlibeyt.az-ın "Report"a istinadən məlumatına görə, silahlı toqquşmalar zamanı həmçinin azı 800 sakin yaralanıb. Öldürülənlər və yaralananlar arasında "Taliban" hərəkatının silahlıları, Əfqanıstan ordusunun hərbi qulluqçuları, əcnəbi hərbçilər, mülki şəxslər də var. Bu il ilk silahlı toqquşma yanvarın 1-də, "Taliban" hərəkatının silahlıları Sari-Pul bögəsinin Sayad vilayətinə hücum edərkən baş verib. Atışma zamanı təhlükəsizlik orqanlarının 20 əməkdaşı həlak olub, daha 23 nəfər yaralanıb. Daha əvvəl ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının hansı şərtlər altında Əfqanıstandan çıxarılmasına razılaşa biləcəyini açıqlayıb. Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə daha əvvəl ölkənin kənd ərazilərinin böyük hissəsinə nəzarət edən, indi isə istiqaməti böyük şəhərlərə salan radikal "Taliban" hərəkatının silahlıları arasında qarşıdurma gedir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Fevral, 2019 11:04 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |