إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dəməşqdə İslam Dünyası Alimlərinin Toplantısı keçirilir

Suriyanın paytaxtı Dəməşqdə İslam Dünyası Alimlərinin Toplantısı - "Alimlərin vətənsevərlik məfhumunun gerçəkləşməsindəki rolu" şüarı ilə öz işinə başlayıb.

Ahlibeyt.Az İQNA-a istinadla xəbər verir ki,beynəlxalq konfrasnsa əhli-sünnə və şiə alimləri iştirak edəcək.

Toplantının İranın ali dini rəhbəri Ayətullah Seyyid Əli Xameneinin rəsmi nümayəndəsi Ayətullah Seyid Əbulfəzl Əşkurəzi, Suriyanın Dini Qurumlar Naziri Şeyx Məhəmməd Əbdüssəttar əs-Seyyid, İslami Məzhəblərin Yaxınlaşdırılması Təşkilatının rəisi Ayətullah Möhsin Əraki və Livan İslam Müqaviməti Hərəkatının nümayəndəsi Şeyx Əkrəm Bərəkat çıxış edəcək.

Toplantının açılış mərasimi İslam dünyasının məşhur qarisi suriyalı Şeyx Səlim İqadın Qurani-Kərim qiraəti ilə öz işinə başlayıb.

Toplantı çərçivəsində Şeyx Nəbil Həblavi və Şeyx Ədnan Əfyuninin rəhbərliyi ilə iki elmi iclas da təşkil olunacaq.

İclasda İslam ölkələri alimləri, dini, ictimai və siyasi təşkilatların nümayəndələri müxtəlif mövzularda müzakirə aparacaq.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Yanvar, 2019  16:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!