|
• DünyadaHacı Mehdi Məmmədova işgəncə verilibHacı Mehdi Məmmədovun vəkili Zaman Səmədovun bildirdiyinə görə, Hacı Mehdi Məmmədov saxlanıldıqdan sonra 48 saat ərzində təzyiqlərə məruz qalıb. Vəkil deyib: "Onun yerinin bilinməməsi və mənimlə görüşdürülməməsinin səbəbi də bu olub. Belə ki, həbs olunandan sonra 48 saat təşkilat sədri haqqında heç bir məlumat əldə edə bilməmişdik. Hacı Mehdi Məmmədova əvvəlcə narkotik ittihamını qəbul etmək təklif edilib. Lakin Mehdi bəy törətmədiyi bir cinayəti öz üzərinə götürməkdən imtina edib. Bundan sonra isə Hacı Mehdiyə qarşı təzyiqlər başlayıb. Mehdi Məmmədov deyir ki, hətta iş o yerə çatıb ki, ona işgəncə tətbiq edilib. Əlləri bağlanaraq bədəninin müxtəlif nahiyələrindən zərbələr endirilib. İşgəncələrdən biri də bu olub ki, ittihamı boynuna götürməsi üçün 48 saat ərzində yemək və su verilməyib. İşgəncə faktı ilə bağlı səlahiyyətli qurumlara, o cümlədən Ekspertiza idarəsinə müraciət edəcəyik". islamazeri.az Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Mart, 2012 16:19 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |