إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Yəməndə 22 milyon insan qida baxımından təhlükədədir – Yəmənli nazir

"Yəməndə 22 milyon insan qida təhlükəsizliyi baxımından ağır vəziyyətdədir. Onlardan 12 milyonu ölümcül aclıqla üz-üzədirlər."

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews Livan mətbuatına istinadla xəbər verir ki, bunu beynəlxalq ictimaiyyətin və Səudiyyə Ərəbistanı koalisiyasının dəstəklədiyi Yəmən hökumətinin (qərargahları Ədəndə yerləşir) sənaye və ticarət naziri Məhəmməd əl-Meytəmi deyib.

Livanda keçirilən ərəb dövlətlərinin iqtisadi zirvə toplantısında çıxışı zamanı yəmənli nazir bildirib ki, onun ölkəsində olan 29 milyon vətəndaşdan 22 milyonu qida baxımından təhlükədədirlər.

Həmçinin 12 milyon vətəndaşın ölümcül aclıqla üzləşdiyini deyən nazir vurğulayıb ki, onlardan 3 milyonu ev-eşiklərindən didərgin düşüblər.

Qeyd edək ki, ərəb dövlətlərinin Livanda keçirilən ötən günkü zirvə toplantısında Yəmənə yardımla bağlı konkret qərar verilməyib.

Bildirək ki, Səudiyyə Ərəbistanı və koalisiyası 2015-ci ilin mart ayından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıblar. Müdaxilə və ondan irəli gələn müharibə nəticəsində azı 20 min mülki vətəndaşın həlak olduğu bildirilir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Yanvar, 2019  10:48 Çap

Bu bölmədə


© 2019 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com